Millimizin Portuqaliya ilə oyununun hakimləri açıqlandı
14.10.2013 - 13:58
Millimizin Portuqaliya ilə oyununun hakimləri açıqlandı
21 yaşadək milli komandamızın Portuqaliya ilə oyununun hakimləri açıqlanıb. Apasport.az saytının əldə etdiyi məlumata görə, görüşü finlandiyalı hakimlər briqadası idarə edəcək.

Belə ki, qarşılaşmanın baş hakimi 31 yaşlı Antti Munukka olacaq. Ona Matii Heyninen və Yan-Peter Aravirta kömək edəcək. Görüşün dördüncü hakimi isə Mattias Gestraniusdur.

Qeyd edək ki, Azərbaycan – Portuqaliya oyunu sabah “Bayıl Arena”da keçiriləcək. Qarşılaşma saat 16:00-da başlayacaq.