“Onlar bayramı korlamaq üçün hər şey edəcək”
14.10.2013 - 14:11
“Arxayınlaşmaq olmaz. Futbolçularımız Bakıda da meydana çıxıb qələbə üçün oynamalıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının sabiq futbolçusu Sergey Kiryakov deyib.
Ölkəsinin U-17 yığmasını çalışdıran mütəxəssis DÇ-2014-ün seçmə mərhələsinin sabah keçiriləcək Azərbaycan – Rusiya matçı haqda fikirlərini açıqlayıb: “Heç-heçəyə oynayanda hər cür variant ola bilər. Mükafatlar Azərbaycan yığmasını qrupdakı son matçında toparlanmağa, gücünü tam ortaya qoymağa vadar edəcək. Psixoloji yük olmayacaq. Çünki onları heç nə gözləmir. Üstəlik böyük qonşuya – bizə qarşı oyunun prinsipiallığı da var. Onlar bizə bayramı korlamaq üçün hər şey edəcək”.

0
0