“Çalışacağam ki, mən də Rusiyaya qol vurum”
14.10.2013 - 14:16
“Çalışacağam ki, mən də Rusiyaya qol vurum”
“Ötən oyun çox gözəl qələbə qazandıq. Rusiya yığması ilə oyun ərəfəsində yüksək əhval-ruhiyyədəyik. İstirahət etmişik və oyuna hazırıq. Qurban bayramında azarkeşlərimizə hədiyyə etmək istəyirik”. Apasport.az saytının məlumatına görə, bunu millimizin və Rusiyanın “Rubin” klubunun futbolçusu Ruslan Abışov deyib.

Rusiya yığması ilə sabah baş tutacaq görüş haqda fikirlərini açıqlayan Ruslan Abışov “Rəşad Sadıqov “Əskişəhərspor”da, Vaqif Cavadov Moskva MOİK-ində ehtiyatda qalsa da, adıçəkilən ölkələrin təmsil etdikləri yığmalara qol vurmağı bacarıb. Siz də Rusiyaya qol vura biləcəksiniz” sualına belə cavab verib: “Çalışacağam ki, mən də bu seriyanı davam etdirim və Rusiyaya qol vurum. Ancaq kimin qol vurmasının fərqi yoxdur. Əsas komanda oyunudur”.

Qeyd edək ki, Azərbaycan – Rusiya oyunu sabah saat 22:00-da keçiriləcək. Qarşılaşma “Bakcell Arena”da olacaq.