“Bu, Foqtsun yox, Rövnəq Abdullayevin gəlişi ilə bağlı olan məsələdir” - MÜSAHİBƏ
14.10.2013 - 15:22
“Qəbələ”nin qapıçılarla işləyən məşqçisi Dimitri Kramarenko Rusiya mətbuatına geniş müsahibə verib. Apasport.az saytının məlumatına görə, karyerası ərzində “Dinamo”, MOİK, “Torpedo”, “Alaniya”, “Baltika”, “Terek” kimi klubların formasını geyinən sabiq qolkiber bir sıra açıqlamaları ilə diqqət çəkib. Müsahibənin maraqlı bölümlərini təqdim edirik.
- Son illər Kaxaber Sxadadzenin “İnter”ində və Sergey Yuranın “Simurq”unda oynamısınız?
- Bəli. “Simurq” “İnter”in törəmə komandasıdır. Onların bir sponsoru var – Beynəlxalq Bank. Yuran “Simurq”u götürən zaman kömək etməyimi istədi. Tapşırıq elitada qalmaq idi, bunu da bacardıq. Ardınca bu klubda daha bir mövsüm keçirdim, hansı ki, qapıçı kimi sonuncu ilim oldu. Əvvəlcə Andrey Yuriyeviç (Yuri Syominin “Qəbələ”nin məşqçilər korpusunda yer alan oğluna) zəng etdi, onunla “Baltika”da bir yerdə çalışmışıq. “Qəbələ” və çempionat barədə məlumat istədi, mən də bildiklərimi dedim. Ardınca klubda işləmək təklifi gəldi. Ata Syomini yaxşı tanıdığımdan tərəddüd etmədim.
- Syomini harada rastlaşmışsınız?
- Tez-tez təlim-məşq toplanışlarında. Azərbaycan çempionatında çıxış edəndən sonra belə, Türkiyədə görüşmüşük. Onun köməkçisi Boris İqnatyevlə SSRİ-nin gənclər komandasından tanışıq. Moskva da dəfələrlə rastlaşmışıq.
- Eviniz haradadır?
- Moskvada. 1993-cü ildə Valeri Qazzayevin “Dinamo”suna oynamağa gələndən ora köçmüşəm. Gör neçə il keçib. İki əkiz qızım böyüyür, hansı ki, biri yaxınlarda bədii gimnastika üzrə Rusiya çempionu oldu.
- Rusiya ilə Azərbaycan oynayanda kimə azarkeşlik edəcəksiniz?
- Heç kimə. Açığı, Berti Foqtsun təbliğ etdiyi futbol bir o qədər də xoşuma gəlmir. Düşünürəm ki, onun 5 ildən artıq burada olduğu müddətin nəticəsi kimi hücumda daha maraqlı oynamaq olardı. Səfərdə başa düşüləndi, bu, hələ “Neftçi”nin Sovet İttifaqı dönəmində belə “xəstəliyi” vardı. Ancaq yığma evdə də topu öz cərimə meydançasından uzaqlaşdırmaq üçün hara gəldi vurur.
- Foqtsun istefası barədə söhbət getmir?
- Bu cür sual dəfələrlə qoyulub. Mən özüm də soruşmuşam ki, niyə ona həmişə güvənirlər. Axı onun dönəmində nəticələrdə nəzərəçarpacaq bir şey yoxdur. Amma 8 xal rekordu və sonuncu oyundan sonra Azərbaycanda onunla müqavilənin yenilənəcəyinə dair söhbətlər getməyə başladı. Ancaq hesab etmirəm ki, bir oyuna görə qiymət vermək olar. Üstəlik, biz bir ildən çox idi ki, evdə qalib gələ bilmirdik.
— Almaniyalı Qus Hiddink kimi çempionat oyunlarında nadir hallarda görünür? Yoxsa Fabio Kapello kimi bütün günü ölkədədir və matçlara gedir?
- Deməzdim ki, həmişə buradadır. Bildiyimə görə, oyunlarda tez-tez görünmür. Qəbələyə bəlkə bircə dəfə gəlib. Ancaq köməkçiləri Syominlə görüşüb, nələr barədəsə məsləhətləşmişdilər.
- Siz Foqtsun dönəmində millidə oynamamsınız?
- Xeyr. Millidəki 10 ilimdən sonra çıxışımı başa vurdum. Səbəb isə federasiyanın əvvəlki rəhbərliyi ilə aramızda fikir ayrılığının olması idi. İstəyirdim uşaqlara qonorar versinlər, sözlərini tutsunlar. Mən yığmada oynadığım sonuncu illərdi bir cür söz verirdilər, amma başqa şey edirdilər. Artıq hər şey qaydasına düşüb. Vətənpərvər olmaq lazımdır, ancaq əməyə görə insanlara pul da ödənməlidir. AFFA-nın prezidenti postuna Rövnəq Abdullayevin gəlişindən sonra milli üçün hər şey edilir. Ölkə başçısı İlham Əliyev idmanın inkişafına böyük diqqət göstərir.
- Portuqaliya – İsrail matçına qədər (1:1) futbolçuların hər birinə 127 dollar qonorar söz verilmişdi. Vəziyyətin bir qədər dəyişməsi ilə əlaqədar məbləğ azaldılmayacaq ki?
- Əgər federasiya prezidenti belə bir söz veribsə, demək yerinə yetiriləcək. O, öz sözünü heç vaxt dəyişmir. Onun gəlişindən və bu cür qonorarların təyin olunmasından sonra komanda hər bir oyunda döyüşür.
- 127 min rekorddur?
- Yəqin ki, belə məbləğ heç vaxt olmayıb. Ancaq deyilənə görə, futbolçular İsraillə heç-heçənin müqabilində (1:1) 50-60 min, Şimali İrlandiya üzərində qələbənin qarşlığında isə 100 min alıblar. Puldur da, nə deyim.
- Eşitdiyimizə görə, Futbolçular Foqtsun qalmasını istəyirlər. Düşünürlər ki, yerli gəlişindən sonra “şokolad” kimi qonorarlar kəsiləcək...
- Mənim fikrim fərqlidir. Bu, Foqtsun yox, Rövnəq Abdullayevin gəlişi ilə bağlı olan məsələdir. Fikrimcə, futbolçulara əməklərinin qarşılığında yaxşı pul verilməsi tapşırığı yuxarıdan gəlib. Foqtslu və ya Foqtsuz qonorar məsələsində pis heç nə olmayacaq. Düşünməsinlər ki, burada çempionat zəifdir. 10 komandadan 6-nın yaxşı imkanları var. Ötən mövsüm Premyer Liqada 12 klub vardı, “altılıq” sistemi idi. İndi dörddövrəlidir. Hər il nələrisə təkmilləşdirmək istəyirlər.
- Azərbaycanlı oyunçular barəsində daha çox şey bilmək istərdik...
- Əvvəlcə komanda barədə danışım. İlk qələbəsini sonuncu oyunda qazanmasına baxmayaraq, Azərbaycan millisi möhkəm komandadır. İsrailə heç bir oyunda uduzmadılar, Moskvada oyunun sonlarında penalti qolu ilə yenildilər. Uşaqlar oynamağı bacarırlar.
- Abışov daha yaradıcıdır?
- Hə, topla yaxşı davranır. Başla yaxşı oynayır, hərdən qol da vurur.
- Onun hansı keyfiyyətləri Kurban Berdıyevi cəlb edib?
- Ucaboy oğlandır, topla yaxşı oynayır, meydanı görür. Bu keyfiyyətlərinə görə digər yerli oyunçulardan fərqlənir. Bildiyim qədər Kazan klubun əsas heyətində nadir hallarda görünür. Düzünü deyim ki, onun icarə əsasında “Qəbələ”yə gəlməsini istərdim. Hər halda “Rubin”də oyanmır. Ancaq hələlik onu bura gətirmək alınmır.
- O, istəmir, yoxsa klub buraxmır?
- Məncə, bu, qarşılıqlı qərardır. Rusiya Premyer Liqası daha səviyyəli turnirdir və o, özünü göstərmək istəyir. Prinsipcə, o, istədiyi vaxt qayıda bilər.
- Onu Azərbaycanın ən yaxşı oyunçusu adlandırmaq olar?
- Mənim üçün ən yaxşısı Rəşad Sadıqovdur. Ancaq hücum xəttini götürsək, Rauf Əliyevin adını çəkmək olar.
- Sizcə, Azərbaycanın Rusiyaya badalaq vurma ehtimalı realdır?
- Düşünürəm ki, Rusiya artıq əsas tapşırığın öhdəsindən gəlib. Düzdür, rəsmiləşməyib, ancaq Portuqaliyanın İsraillə heç-heçəsindən sonra qrupda ikinci yeri tutmaq ehtimali milyonda birdir. Baş məşqçi və futbolçular yaxşı bilirlər ki, arxayınlaşmaq olmaz.

0
0