“Qələbəyə nail olmaq üçün hətta torpağı belə dişimizlə gəmirməliyik”
14.10.2013 - 15:26
“Azərbaycan yığması evində oynayır. Deməli, onlar azarkeşləri önündə çalışacaqlar ki, başıaşağı olmasınlar. Ancaq bizim öz hədəflərimiz var. Qrupda ilk yeri tutmaq və dünya çempionatına çıxmaq lazımdır. İnanın, biz heç heç-heçə haqqında fikirləşmirik. Yalnız qələbəyə köklənmişik!” Apasport.az saytının məlumatına görə, bunu Rusiya millisinin müdafiəçisi Georgi Şennikov deyib.
Moskva MOİK-inin sol cinah müdafiəçisi millimizlə oyundan öncə müsahibə verib. 22 yaşlı futbolçu qarşılaşmadan öncə olan həyəcan və matça köklənmə barəsində danışıb: “Mənə elə gəlir ki, istənilən futbolçu hər oyundan öncə az da olsa həyəcan keçirməlidir. Bu, normal haldır. Azərbaycanla matçda köklənmədə heç vaxt problem ola bilməz! Hamımız oyuna köklənmişik. Bütün futbolçular başa düşür ki, qələbəyə nail olmaq üçün hətta torpağı belə dişimizlə gəmirməliyik”.
Qeyd edək ki, Azərbaycan – Rusiya görüşü sabah saat 22:00-da başlayacaq. Qarşılaşma “Bakcell Arena”da keçiriləcək.

0
0