“Dinamo”nun futbolçusu mətbuat konfransına çıxacaq
14.10.2013 - 16:27
Bu gün səhər saatlarında Moskvanın Şeremetyevo hava limanından təyyarə reysi ilə Bakıya gələn ruslar artıq paytaxtımıza çatıb. Apasport.az saytının məlumatına görə, Rusiya millisi ölkəmizə 24 futbolçu ilə gəlib.
Qonaq komanda bu gün saat 18:30-da oyunun keçiriləcəyi “Bakcell Arena”da ilk məşqinə çıxacaq. Hazırlığın ilk 20 dəqiqəsi mətbuat üçün açıq olacaq. Təxminən 1 saat davam edəcək məşqdən sonra, yəni 19:30-da isə rəqib komandanın baş məşqçisi Fabio Kapellonun mətbuat konfransı baş tutacaq.
Ancaq italyan çalışdırıcı “Bakcell Arena”nın konfrans zalına tək gəlməyəcək. Belə ki, sualların bir qismi Rusiya yığmasının kapitanı, Moskva “Dinamo”sunun dayaq yarımmüdafiəçisi İqor Denisova da ünvanlanacaq.

0
0