NTV-nin şərhçisi: Azərbaycan yığmasına məğlubiyyət faciədir
14.10.2013 - 16:46
NTV-nin şərhçisi: Azərbaycan yığmasına məğlubiyyət faciədir
“Azərbaycan yığmasına məğlubiyyət faciə sayılacaq”. Apasport.az saytının məlumatına görə, bunu tanınmış idman şərhçisi Georgi Çerdantsev deyib.

Rusiyanın NTV telekanalının şərhçisi də sabah baş tutacaq Azərbaycan – Rusiya oyununa münasibət bildirib. Onun sözlərinə görə, yığmamıza məğlubiyyət faciədən başqa bir şey deyil: “Azərbaycana yenilgidə Kapelloluq bir şey olmayacaq. Bu, DÇ-2014-ün final mərhələsinə düşmək istəyən mənim ölkəm üçün müsibət olacaq. 12 ildən sonra ilk dəfə biz bu məqsədimizə yaxınıq. Bu imkanı qaçırmaq əsl fəlakətdir”.