“Azərbaycan yığması sürprizə imza atmaq gücündədir”
14.10.2013 - 16:55
“Azərbaycan yığması sürprizə imza atmaq gücündədir”
“Keçmiş SSRİ respublikalarının komandaları ilə oyunların başqa rəqiblərlə matçlardan gərginliyi və köklənməsi ilə fərqləndiyini deməzdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının sabiq futbolçusu Vladimir Besçastnıx deyib.

Futbol veteranı DÇ-2014-ün seçmə mərhələsinin sabah keçiriləcək Azərbaycan – Rusiyua matçı haqda fikirlərini açıqlayıb: “Bizim komandanın müəyyən vəzifələri var. Bunları da konkret 1 oyunda həll etməliyik. Rəqibin kimliyi də vacib deyil. Sakitcə meydana çıxmaq və Azərbaycana qalib gəlmək lazımdır. Düşünürəm ki, Fabio Kapellonun başçılıq etdiyi məşqçilər korpusu Lüksemburqla son qarşılaşmada da müəyyən çatışmazlıqlar tapıb və onları aradan qaldıracaq ki, Bakıdakı rəqib bundan yararlanmasın. Əlbəttə ki, Azərbaycan yığması sürprizə imza atmaq gücündədir. Lakin bunun gerçəkləşməyəcəyini düşünürəm”.