Roman Şirokov: İlk matçla müqayisədə komandanız güclənib
14.10.2013 - 19:30
Roman Şirokov: İlk matçla müqayisədə komandanız güclənib
Rusiya millisinin futbolçusu Roman Şirokov sabah Azərbaycan millisi ilə keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Zenit”in yarımmüdafiəçisi yığmamızın gücləndiyini deyib.

Şirokov meydançanın ot örtüyündən də narazı qaldığını bildirib: “Ötən oyunda mən meydanda olmamışdım. İlk matçla müqayisədə komandanız güclənib. Ot örtüyü yaxşı vəziyyətdə deyil. Amma nə edə bilərik. Başqa stadion da yoxdu”.