Kapello: Bizə ancaq qələbə lazımdır
14.10.2013 - 19:40
Kapello: Bizə ancaq qələbə lazımdır
“Moskvadakı oyunla müqayisədə 8 yeni futbolçu Şimali İrlandiyaya qarşı oynayıb. Bu səbəbdən sizin heyət bizim üçün çox yeniləşib”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya millisinin baş məşqçisi Fabio Kapello deyib.

İtaliyalı mütəxəssis oyun öncəsi keçirilən mətbuat konfransında sabahkı matçı dəyərləndirib: “Stadionun balaca olması bizlik deyil. Qarşılaşmanın harada keçirilməsini AFFA müəyyənləşdirir. Bizim işimiz isə bununla razılaşıb, bu stadionda oyunumuzu keçirməkdir. Mən stadion mütəxəssislərindən xahiş etdim ki, qapıçılara məxsus hissənin çox yüklənməsinin qarşısını alsınlar”.

Kapello komandasının əslən azərbaycanlı futbolçu Aleksandr Səmədov barədə də danışıb: “Son günlər bütün diqqətimizi Lüksemburqla görüşə yönəltmişdik. Ona görə də Aleksandr Səmədovun matçdan kənar söhbətə çağırılmasından xəbərim yoxdur. Hamı kimi o da Lüksemburqla matçda yaxşı çıxış etdi. O hazırda yaxşı vəziyyətdədir”.

Təcrübəli mütəxəssis ancaq qələbə üçün meydana çıxacaqlarını deyib: “Uşaqlarla sabahkı oyun haqqında danışmışıq. Bizə bir nəticə lazımdır ki, bu da qələbədir. Heç-heçə bizi qane etmir. Hər oyuna həyəcanla yanaşırıq. Çalışırıq ki, bu həyəcanı meydanda əks etdirməyək. Hamıyla necə, Azərbaycanla matça da eyni cür hazırlaşmışıq”.