“Azərbaycan millisi özünü reklam etmək istəyir”
14.10.2013 - 21:55
“Azərbaycan millisi özünü reklam etmək istəyir”
“Səhv edərəm deyə sabahkı oyunla bağlı heç bir proqnoz vermək istəmirəm. Ancaq onu deyə bilərəm ki, bu oyunda Rusiya yığması çox sərfəli nəticə qazanacaq”. Apasport.az saytıın məlumatına görə, bu sözləri, rusiyalı tanınmış məşqçi və futbol mütəxəssisi Rinat Bilyaletdinov deyib.

Bilyaletdinov Rusiyanın rahat şəkildə sərfəli nəticə qazanacağını bildirib: “Əgər Lüksemburqla oyundan nümunə gətirsək, görərik ki, həmin matçda futbolçularımız çox istəkli idi. Onlar oyuna çox sürətli başladı və rəqibə heç bir şans tanımadı. Sabah da belə oynasaq, rəqibin səs-küylü bəyanatlarına baxmayaraq, heç bir problem olmayacaq. Azərbaycan tərəfi səs-küylü bəyanatlar və açıqlamalarla oyuna maraq yaratmağa çalışır. Belə hallar bir çox idman sahələrində də yaşanır. Buna boksu misal gətirmək olar. Şəxsən belə hallar məndə heç də xoş təəssüratlar yaratmır. Amma rəqib bununla oyuna maraq cəlb etmək istəyir. Buna bir növ özünüreklam da demək olar”.