Lui van Qal: Rumıniyanın favorit olduğunu hesab edirəm
14.10.2013 - 23:15
Lui van Qal: Rumıniyanın favorit olduğunu hesab edirəm
“Biz qalibiyyət üçün oynayacağıq. Hesab edirəm ki, Türkiyə də hücum futboluna üstünlük verəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Hollandiya millisinin baş məşqçisi Lui van Qal deyib.

Təcrübəli mütəxəssis bu gün DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində qarşılaşacaqları Türkiyə millisi ilə oyun ərəfəsində təşkil olunan mətbuat konfransında D qrupundakı vəziyyəti dəyərləndirib.

Van Qal Rumıniyanın qrupdan ikinci olaraq çıxacağını bildirib: “Qrupumuzdakı ikinci ən güclü komandanın Türkiyə yığması olduğunu düşünürəm. Bunu turnir cədvəlinə baxanda da görmək olur. Amma qrupda ikinci olaraq Rumıniyanın favorit olduğunu hesab edirəm. Çünki Türkiyəni məğlub edəcəyimizi düşünürəm. Digər tərəfdən, Rumıniya da Estoniya ilə matçda qalib gələcək. Türkiyənin potensialının fərqindəyəm. Oyuna necə başlayacağımızı deməyəcəm. Çünki bu Fatih Terimin xeyrinə olar. Ümid edirəm ki, sonda qalib tərəf biz olarıq”.

Hollandiyalı çalışdırıcı türkiyəli azarkeşlərin də oyunun gedişinə təsir edəcəklərini deyib: “Bu matçda azarkeşlər də oyuna təsir edəcək. Onlar komandalarına var gücləri ilə dəstək verəcəklər. Amma Dirk Kuyt və Uesli Sneyderin burada basqı altında qalacaqlarını düşünmürəm”.