Aleksandr Səmədov şüarlardan danışdı: ...hər şey xoşuma gəldi
16.10.2013 - 00:06
Rusiya yığmasının futbolçusu Aleksandr Səmədov millimizlə oyundan sonra fikirlərini açıqlayıb. O, apasport.az saytına açıqlamasında bildirib ki, əleyhinə səslənən şüarlardan narazı qalıb: “Əleyhimə deyilən şüarları nəzərə almasaq, hər şey xoşuma gəldi. Oyundan sonra Rəşad Sadıqova yaxınlaşmağımın səbəbi onun mənim barəmdə səsləndirdiyi fikirlər idi. Ona dedim ki, fikirlərim düzgün anlaşılmayıb. Bir-birimizi başa düşüb, sağollaşdıq”.
0
0