Rəşad Sadıqov: Bu qolu bizə Allah yetirdi
16.10.2013 - 00:10
Millimizin kapitanı Rəşad Sadıqov DÇ-2014-ün seçmə mərhələsinin Rusiya ilə oyunundan sonra fikirlərini açıqlayıb. O, qarşılaşmadan sonra apasport.az saytına müsahibəsində bildirib ki, son dəqiqələrdə vurduqları qolu komandamıza Allah bəxş edib: “Oyunun öncədən çətin keçəcəyini bilirdik. Rusiya yığması bizə öz oyunumuzu göstərməyə imkan vermirdi. Bu gün Qurban bayramı idi. Allahdan yalvarırdım ki, standart vəziyyətdən qol vuraq. Şükürlər olsun ki, Mahir Şükürovun asmasından sonra Vaqif Cavadov qol vurdu. Bu qolu bizə Allah yetirdi”.
0
0