“Heç kim Aleksandr Səmədovun vəziyyətinə düşmək istəməz”
16.10.2013 - 00:18
“Heç kim Aleksandr Səmədovun  vəziyyətinə düşmək istəməz”
“Aleksandr Səmədov da adi futbolçudu. Heç kim Aleksandr Səmədovun vəziyyətinə düşmək istəməz”. Bunu apasport.az saytına açıqlamasında millimizin futbolçusu Mahir Şükürov Rusiya ilə görüşdən (1:1) sonra deyib.

Müdafiəçi bildirib ki, son dəqiqələrdə vurulan qola görə çox sevinir: “Bu gün Qurban bayramı idi, bununla əlaqədar qoç kəsdirmişdim. Sevinirəm ki, son dəqiqələrdə mənim ötürməm qola çevrildi”.