Vaqif Cavadov: Ruslara sübut etdik ki...
16.10.2013 - 02:58
“Azərbaycan yığması ruslara sübut etdi ki, futbol oynamağı bacarır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin futbolçusu Vaqif Cavadov deyib.
Rusiya mətbuatına danışan təcrübəli hücumçu 1:1 hesablı heç-heçəni dəyərləndirib: "Heç-heçə ədalətli nəticədir. Amma, əlbəttə, biz qələbə qazanmağı çox istəyirdik. Rusiya yığmasının bəzi futbolçuları bizim haqqımızda pis danışmışdılar. Onlar deyirdilər ki, bizi bir ayaqla udacaqlar. Amma biz göstərdik ki, futbol oynaya bilirik".
Qeyd edək ki, DÇ-2014-ün seçmə mərhələsinin son qrup oyununda Azərbaycan millisi Bakıda Rusiya ilə 1:1 bərabərə qalıb. Komandamızın cavab qolunu isə 90-cı dəqiqədə Vaqif Cavadov vurub.

0
0