Roman Şirokov azarkeşlərimizi tənqid etdi
16.10.2013 - 03:58
“Azərbaycan millisi bizə heç bir çətinlik yaratmadı və təəccübləndirmədi. Biz oyuna nəzarət etdik, yaxşı qol epizodları yaratdıq, amma bu şansları dəyərləndirə bilmədik. Sonda isə qol buraxdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya yığma komandasının futbolçusu Roman Şirokov Azərbaycan millisi ilə oyundan sonra deyib.
Ölkəsinin mətbuatına açıqlama verən Şirokov azərbaycanlı azarkeşlərin komanda yoldaşı Aleksandr Səmədova göstərdiyi mənfi reaksiyadan danışıb. Millinin kapitanı azarkeşlərimizin bu hərəkətlərinin əsassız olduğunu bildirib: “Başa düşə bilmirəm ki, onlar nəyə görə, bu hərəkətləri edirlər. Onlar rahat dura bilmirlər? Hesab edirəm ki, azərbaycanlı azarkeşlərin bunu etmək üçün heç bir səbəbləri yoxdu. Tamaşaçılar Səmədovu təhrik etməyə çalışırdılar. Amma o özünü kifayət qədər təmkinli apardı və bir də qol ötürməsi verdi. Düşünürəm ki, Səmədov başına gələcəkləri bilirdi və özünü rahat apardı”.

0
0