“Qarabağ”lıların biri oynadı, digəri izlədi
16.10.2013 - 04:37
“Qarabağ”lıların biri oynadı, digəri izlədi
“Qarabağ”ın futbolçuları, Ansi Aqolli və Admir Telinin də çıxış etdiyi Albaniya yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində son matçına çıxıb. Apasport.az saytının məlumatına görə, E qrupunda keçirilən qarşılaşmada albanlar səfərdə Kipr yığması ilə üz-üzə gəlib.

Rəqibi ilə 0:0 bərabərə qalan “Qarabağ”lıların komandası 11 xalla qrupu beşinci yerdə başa vurub və mübarizəni dayandırıb.

Ağdam klubunun müdafiəçilərindən Aqolli start heyətdə meydana daxil olub sona qədər mübarizə aparsa da, Teli meydana çıxmayıb.