Səmədov: Azərbaycanlı futbolçular da deyirdilər ki...
16.10.2013 - 05:16
Səmədov: Azərbaycanlı futbolçular da deyirdilər ki...
“Tribunalardakı abı-hava? Qorxulu heç nə yox idi. Əsas odur ki, biz dünya çempionatına vəsiqə qazandıq”. Apasport.az saytının xəbərinə görə, bu sözləri Rusiya yığma komandasının yarımmüdafiəçisi Aleksandr Səmədov Azərbaycan millisi ilə oyundan sonra deyib.

Rusiya mətbuatına danışan əslən azərbaycanlı futbolçu meydanda olarkən azarkeşlərimizin ona qarşı mənfi reaksiyasını dəyərləndirib: “Başa düşə bilmirəm ki, azarkeşlər mənə niyə belə mənfi reaksiya göstərdilər. Mən demişdim ki, Azərbaycan yığmasını cəzalandıracağıq. Yəni məğlub edəcəyik. Mən bunu deməklə oyunun nəticəsini nəzərdə tutmuşdum. Azərbaycanlı futbolçular da açıqlamalarında deyirdilər ki, biz qalib gələcəyik. Məncə, dediklərimdə pis bir şey yoxdu. Bu barədə matçdan sonra rəqib futbolçu Rəşad Sadıqovla da söhbət etdim”.