Gelaşvili oynadı, komandası İspaniyaya məğlub oldu
16.10.2013 - 06:14
İ qrupunda yer alan Gürcüstan yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində son matçına çıxıb. Apasport.az saytının məlumatına görə, qonşu ölkənin komandası səfərdə İspaniyanın qonağı olub.
Güclü rəqib qarşısında çətinlik çəkən gürcülər meydandan 260 hesabı ilə məğlub ayrılıb.
Baş məşqçisi Temuri Ketsbaya bu qarşılaşmada “Qarabağ”ın hücumçusu Nikolas Gelaşviliyə də şans verib. Hücumçu oyunun 87-ci dəqiqəsinə qədər meydanda mübarizə aparıb. “İnter”in futbolçu Baçana Sxadadze isə matçı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, Gürcüstan millisi 5 xalla qrupu dördüncü yerdə tamamlayıb.

0
0