“Bakı”nın bir futbolçusu oynadı, digəri ona baxdı
16.10.2013 - 09:19
“Bakı”nın yarımmüdafiəçiləri Mindauqas Kalonasla Deyvidas Çesnauskisin şərəfini qoruduğu Litva millisi dünən evində Bosniya və Herseqovina yığması ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, mərkəz oyunçusu olan Kalonas 90 dəqiqə meydanda olsa da, sağ cinah yarımmüdafiəçisi olan Çesnauskis sonadək ehtiyatda qalıb.
Görüş isə Vedad İbişeviçin 68-ci dəqiqədə vurduğu qolla qonaqların qələbəsi ilə başa çatıb. Bununla da Bosniya və Herseqovina topladığı 25 xalla qrup birincisi olub və ilk dəfə dünya çempionatına vəsiqə qazanıb.
Qeyd edək ki, Litva millisi isə qrupu 4-cü yerdə tamamlayıb. Təmsilçimizin komandası 10 oyuna 11 xal toplaya bilib.

0
0