“Səmədovun ondan üzr istəyib-istəmədiyini deyə bilmərəm”
16.10.2013 - 09:54
“Hamımız yorulmuşuq. Çünki ağır oyun keçdi. Tək mənim üçün yox, hamı üçün çətin bir qarşılaşma idi”. Apasport.az saytının məlumatına görə, bunu milli komandamızın və “Qarabağ”ın futbolçusu Maksim Medvedev deyib.
Rusiya yığması ilə oyundan sonra jurnalistlərin suallarını cavablandıran sağ cinah müdafiəçisi ilk dəfə dayaq yarımmüdafiəçisi kimi oynaması və qırmızı vərəqə almasına münasibət bildirib: “İlk dəfə yeni mövqedə oynadım. Ancaq baş məşqçinin verdiyi təlimatı yerinə yetirməyə çalışdım. Sonadək mərkəzdə çıxış etdim. Qırmızı vərəqə ilə bağlı isə onu deyə bilərəm ki, məncə, orda hakim məni meydandan qovmamalı idi. Çünki bu mənim rəqib oyunçuya qarşı ilk kobudluğum idi. Düzdür, rəqib futbolçuya ayağım toxunmuşdu. Ancaq məncə, belə hərəkətə görə qırmızı vərəqə düşmür”.
Maksim Aleksandr Səmədova qarşı azarkeşlərimiz tərəfindən edilən təzyiqlə bağlı isə bunları deyib: “Mətbuatda Aleksandrın açıqlaması yazıldı və bu bir az da şişirdildi. Ona görə də kapitanımız kimi Rəşad Sadıqov məcbur oldu ki, ona aqressiv cavab versin. Oyundan sonra hamı gördü ki, Səmədov Rəşadla söhbət etdi. Ondan üzr istəyib-istəmədiyini deyə bilmərəm. Amma məncə, bir-birlərini yola verdilər”.
Medvedev son oyunlarda məğlub olmamalarının səbəbini Berti Foqtsun qalmasını istəmələri ilə əlaqələndirməyin düzgün olmadığı fikrindədir: “Uşaqlar ilk növbədə istəyir ki, öz xalqı, respublikası üçün oynasın. Demək olmaz ki, biz Berti Foqtsa görə oynamışıq. Xeyr, biz Azərbaycan xalqına görə meydana çıxırıq. Çalışdıq ki, maksimum xal qazanaq”.
Qeyd edək ki, millimiz dünən seçmə mərhələnin son oyununda yenə Rusiya millisinə Bakıda məğlub olmayıb – 1:1.
Səbuhi TOFİQOĞLU

0
0