Arif Əsədov da işinin öhdəsindən gələ bilmədi
16.10.2013 - 10:59
Arif Əsədov da işinin öhdəsindən gələ bilmədi
19 yaşadək futbolçulardan ibarət millimizin yer aldığı 3-cü qrupda oyunlar tamamlanıb. Apasport.az saytının məlumatına görə, Arif Əsədovun yetirmələri son turda meydan sahibi İsveçlə qarşılaşıb.

Qələbə qazanacağımız halda, millinin elit mərhələyə adlamaq şansı olsa da, bu tapşırığın öhdəsindən gəlmək mümkün olmayıb. Belə ki, U-19 meydan sahiblərinə 1:5 hesabı ilə darmadağından qaça bilməyib.

İsveçlilərdən qolları Nordenberq (16), Starke Hedlund (33), Olausson (53) və Andersson (55) vurub. Digər qolu isə Adil Nağıyev 69-cu dəqiqədə öz qapımıza vurub. Yığmamızın qoluna isə “Neftçi”nin hücumçusu Fəhmin Muradbəyli (74) imza atıb. Bu, millimizin seçmə mərhələdə vurduğu ilk və sonuncu qol olub. Adil Nağıyev isə matça əlavə olunmuş dəqiqələrdə qırmızı vərəqə alması ilə də yadda qalıb.

Qeyd edək ki, qrupun digər oyununda Bosniya və Herseqovina qrup lideri İrlandiya ilə 1:1 edib. Bununla da Arif Əsədovun komandası qrupu sonuncu pillədə başa vurub. İsveçlə İrlandiya isə elit mərhələyə yüksəlib.

Avropa çempionatının ilkin seçmə mərhələsi
3-cü qrup


1
İrlandiya
3
2
1
0
4-1
7
2
İsveç
3
2
0
1
9-3
6
3
Bosniya və Herseqovina
3
0
2
1
2-5
2
4
AZƏRBAYCAN
3
0
1
2
1-7
1