Əvvəl “Xəzər Lənkəran”a, sonra millimizin rəqibinə qol vurdu - FOTO
16.10.2013 - 11:58
Əvvəl “Xəzər Lənkəran”a, sonra millimizin rəqibinə qol vurdu - FOTO
“Rəvan”ın mərkəz müdafiəçisi Sahib Savankulov çıxış etdiyi Tacikistan yığmasında 3-cü qolunu vurub. Apasport.az saytının məlumatına görə, taciklər dünən Bişkekdə Qırğızıstan millisi ilə yoldaşlıq oyunu keçirib.

Bu görüşdə Qırğızıstan qonaqlara 1:4 hesabı ilə məğlub olub. Tacikistan millisi artıq ilk hissədə görüşün taleyini həll edib.Fasiləyə 4:0 yollanan taciklərdə son qolu 90 dəqiqə oynayan Savankulov vurub. Son turda “Xəzər Lənkəran”ın qapısına da yol tapmış mərkəz müdafiəçisi 40-cı dəqiqədə fərqlənib. Görüşdə artıq ilk hissənin əlavə vaxtı gedərkən hər 2 komandanın oyunçusu bir-biri ilə dalaşdığı üçün qazaxıstanlı referi tərəfindən meydandan qovulub.

Qeyd edək ki, Qırğızıstan millisi yığmamızın noyabrda keçirəcəyi yoldaşlıq oyunlarından birində rəqibidir. Noyabrın 19-da Bişkekdə baş tutacaq bu görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.