“Ola bilsin, Səmədovun digər millidə çıxış etməsi onlara güclü təsir etmişdi”
16.10.2013 - 12:39
“Ola bilsin, Səmədovun digər millidə çıxış etməsi onlara güclü təsir etmişdi”
“Sözsüz ki, sonda buraxılmış qol yaxşı keçirdiyimiz oyundan qalan təəssüratlarımızı bir qədər korladı. Əlbəttə ki, bizim uşaqlar inanırdı ki, onlar artıq Braziliyadadırlar. Bu da onlara son dəqiqələrdə zəiflik gətirmişdi”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya yığmasının sabiq qapıçısı Ruslan Niqmatullin deyib.

DÇ-2002-də Rusiya millisinin qapısını qorumuş Niqmatullin Rusiya mətbuatına müsahibə verib. Milliyyətcə tatar olan Ruslan Bakıda rusların yaxşı oynadığını bildirib: “Ümumilikdə oyunun özü pis alınmadı. Əlbbəttə, biz daha güclü idik. Qoldan başqa, azərbaycanlılar təhlükəli vəziyyət yarada bilmədi. Ancaq bizə nə qədər lazım idisə, o qədər də qapıya zərbə vurduq. Ola bilsin ki, hücumların sonunda bizdə son nöqtəni qoymaq mümkün olmadı. Ümumilikdə isə xoşdur ki, biz ilk pilləni tutub dünya çempionatına çıxdıq. Qarşıda isə yığmanı çox zəhmət tələb edən iş gözləyir”.

2001-ci ildə Rusiyada “ilin futbolçusu” seçilən 39 yaşlı Niqmatullin azarkeşlərimizin Aleksandr Səmədova qarşı təzyiqi ilə bağlı da danışıb: “Yerli azarkeşlər özlərini yaxşı aparmadı. Onlar əvvəlcə himnimizi, daha sonra isə onu fitə basdı. Mən buna bənzər şeyin hardasa baş verdiyini xatırlamıram. Ola bilsin ki, Səmədovun digər milli komandada çıxış etməsi onlara güclü təsir etmişdi. Ancaq güman etmirəm ki, Özili Türkiyədə eyni cür fitə bassınlar”.