Azərbaycanlı futbolçu qol vurdu, millimizi 3-cü pilləyə endirdi
16.10.2013 - 12:58
21 yaşadək futbolçular arasında Çexiyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsində rəqiblərimizdən olan Norveç evində İsrail millisini qəbul edib. Apasport.az saytının məlumatına görə, Drammen şəhərində keçirilən qarşılaşmada skandinaviyalılar millimizlə oyunda gerçəkləşən ssenari ilə ilə üzləşib.
Belə ki, millimizlə matçda 1:3 uduzan meydan sahibləri yenə hesabı açan tərəf olub. Maraqlıdır ki, qolu da yenə Norveçin pakistanəsilli futbolçusu Etzaz Husseyn vurub. Ancaq bundan sonra yəhudilər 3 qol vurub. Sonuncu qolu isə 60-cı dəqiqədə meydana daxil olmuş İsrailin azərbaycanlı futbolçusu Əmir Ağayev vurub. O, 85-ci dəqiqədə İsrailin səfərdən 3 xal qazanmasını rəsmiləşdirən qola imza atıb.
Qeyd edək ki, millimiz dünən qrup lideri Portuqaliya ilə “Bayıl Arena”da keçirilən oyunda 0:2 hesabı ilə uduzduğundan, İsrail 2-ci pilləyə yüksəlib. Bernhard Lippertin yetirmələri isə 3-ə yuvarlanıb. Növbəti turda millimiz autsayder Makedoniyanın qonağı olacaq. Bu matç noyabrın 15-də baş tutacaq.
Avropa çempionatının seçmə mərhələsi
8-ci qrup

1 | Portuqaliya | 3 | 3 | 0 | 0 | 10-1 | 9 |
2 | İsrail | 3 | 2 | 0 | 1 | 10-6 | 6 |
3 | AZƏRBAYCAN | 4 | 1 | 1 | 2 | 5-10 | 4 |
4 | Norveç | 4 | 1 | 0 | 3 | 5-12 | 3 |
5 | Makedoniya | 2 | 0 | 1 | 1 | 1-2 | 1 |
0
0