“Səmədov dedi ki, məni düz başa düşməmisiz”
16.10.2013 - 14:00
Rusiya ilə oyundan sonra Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb. Millimizin və “Qarabağ”ın kapitanı apasport.az saytının əməkdaşının Aleksandr Səmədovla bağlı verdiyi suala da aydınlıq gətirib.
- Belə erkən qol buraxacağınızı gözləyirdiniz?
- Yox, gözləmirdik. Əlimizdən gələni edirdik ki, yaxşı müdafiə olunaq. Bu, rəqibin ilk ciddi hücumu idi ki, o da qolla nəticələndi. Bu, bizim üçün çox gözlənilməz oldu. Ondan sonra rəqib topu özündə çox yaxşı saxlayırdı. Heyətlərində çox güclü futbolçular var. Onlar oyunun tempini öldürməyə çalışırdı. İlk hissədən sonra paltardəyişmə otağında danışığımız oldu ki, məğlub olmayaq. Ancaq fasilədən sonra 5-10 dəqiqə istədiyimiz futbolu oynasaq da, ruslar yenə üstünlüyü ələ aldı və topa nəzarət etməyə başladılar. 1-2 qol epizodları da oldu. Kamran Ağayev çox yaxşı çıxış etdi. Fikrimcə, son dəqiqələrdə vurduğumuz qol Allah-taalanın bizə hədiyyəsi idi. Çünki oyunumuz alınmasa da, rəqib üstün oynasa da, daxildə təslim olmamışdıq. Şəxsən mən Allaha yalvarırdım ki, bir künc və ya cərimə zərbəsi olsun ki, qapıya zərbə endirək. Çox şükürlər olsun ki, sonda da belə oldu və məğlub olmadıq.
- Oyundan sonra Aleksandr Səmədovla danışığınız oldu. Nə danışdığınızı bilmək olarmı?
- Matç başa çatdıqdan sonra onun özü mənə yaxınlaşdı. Gördüm, mənə tərəf yaxınlaşır, mən də ona tərəf getdim. Mənə dedi ki, siz məni düz başa düşməmişsiniz, sizin ünvanınıza belə söz demək istəmirdim. Deyir, bu sözü demişəm, ancaq yazıldığı formada yox. O dedi ki, Rusiyada yaşayan bir insandır və onun dediyi sözlər orda normal qarşılanır. Mən də ona başa saldım ki, sənin əslin Azərbaycandandır və bilməliydin ki, bizdə belə kəlmələr qəbuledilməzdir. O məni başa düşdü və normal şəkildə ayrıldıq. Sonda dedi ki, istəməzdi Azərbaycana qarşı belə təhqiramiz formada müsahibə alınsın.
- Göstərdiyiniz oyun nəticədə öz əksini tapdı?
- Deyərdim ki, Rusiya millisi bizə istədiyimiz oyunu göstərməyə imkan vermirdi. Bu il çox güclüdülər. Özünüz də görürsünüz ki, Portuqaliya kimi yığmanı qrupda arxada qoydular. Əsas odur ki, seçmə mərhələdə cəmi 3 oyunda məğlub olduq. Onun 2-si Portuqaliya və 1-i Rusiyaya səfərdə yenilgidir. Uşaqlarda sanki əzmkarlıq artıb. Sonadək mübarizə aparırıq. Çalışırıq ki, məğlub olmayaq. Ustalıq səviyyəmiz o qədər böyük deyil ki, hazırda Rusiyadan üstün oyun göstərək. Rəqib pressinq tətbiq edəndə topu özümüzdə saxlamağa çətinlik çəkirdik.
- Qarşılaşmadan qabaq bizim xal alacağımızı ruslar lağa tuturdu. Demək olarmı ki, bu heç-heçə onlara bir cavab oldu?
- Vallah, bizim heç kimə cavab vermək niyyətimiz də yox idi. Sadəcə olaraq bizə bir xoşagəlməz kəlmə ünvanlanmışdı. Mən də onun cavabını vermək istədim. Ancaq bilmirdim ki, bu belə böyük ajiotaj doğuracaq. İstəməzdim ki, açıqlamamdan sonra belə ajiotaj yaransın. Səhər oyundan öncə keçirilən mətbuat konfransına gələndə həmin açıqlamaları oxumuşdum. Mənə pis təsir etmişdi. Ona görə orda özümü saxlaya bilmədim. Bildirdim ki, bizim ünvanımıza bir də belə kəlimələr istifadə olunmasın. Futbolda kimdənsə zəif ola bilərik. Ancaq bu heç kimə bizə qarşı artıq söz işlədilməsinə imkan vermir.
- Qazandığımız 9 xal əzmkarlığın nəticəsidir, yoxsa artıq milli yaxşı oynamağa başlayıb?
- Bu seçmə mərhələdə millimiz çox əzmkar oynadı, bir çox matçlarda sona kimi mübarizə apardı. 9 xalın da bunun nəticəsi olduğunu düşünürəm. Daha da çox ola bilərdi. Xüsusilə də Lüksemburqla ev oyununda qələbə qazana bilərdik. Alınmadı. Fikrimcə, növbəti tsikldə daha yaxşı çıxış edə bilərik.
Səbuhi TOFİQOĞLU

0
0