“Aleksandr Səmədov təxribata uymadı” - MÜSAHİBƏ
16.10.2013 - 14:43
“Aleksandr Səmədov təxribata uymadı” - MÜSAHİBƏ
Rusiya millisini yığmamızla oyunda kapitan qismində meydana çıxaran Roman Şirokov Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, “Zenit”in mərkəz yarımmüdafiəçisinə Aleksandr Səmədovun fitə basılması ilə bağlı da sual ünvanlanıb.

- Tribunalardakı vəziyyət sizə necə gəldi?
- Tamaşaçıların özləri gərginləşmişdi. Aydın məsələdir ki, rəqib heç nəyə iddia etmirdi. Ancaq onlar bizi məğlub etmələrini istəyirdilər!

- Bəs Səmədovla bağlı azarkeşlərin hərəkəti?
- Bu da aydın deyil ki, niyə onlar onu provokasiyaya sövq etməyə başladılar!

- O, künc zərbəsini yerinə yetirməyə gedərkən ona butulkalar atıldı və hər şey yerdə qaldı. Matçın dayandırılması qorxusu vardı?
- Bilmirəm. Hakim uzaqda idi. Onun nə haqda fikirləşdiyi mənə məlum deyil. Ancaq fikrimcə, çətin ki oyun buna görə dayandırılardı.

- Səmədov azərbaycanlıdır, ancaq Rusiya millisində çıxış edir. Bu haqda necə düşünürsünüz?
- Bunu baş məşqçidən soruşmaq lazımdır.

- Onun pis olmasını hiss etdiniz?
- Heç nə hiss etmədim.

- Siz onu sakitləşdirdiniz?
- Məncə, o buna fikir vermirdi. Bu oyunun gedişindən də görünürdü. Futbolçu təxribata uymadı və hətta qol ötürməsi verdi.

- Ümumiyyətlə, sizi belə situasiya təəccübləndirdi?
- Fikrimcə, o gözəl başa düşürdü ki, Bakıda nə olacaq. Üstəlik, o, təcrübəli oyunçudur.

- Bəs sizdə belə hal olubmu ki, stadion sizin əleyhinizə qışqırıb?
- Mənə qarşı çox tez-tez qışqırırlar (gülür). Hətta özümüzünkülər də.

- Bu gün komanda heç-heçə oynadı. Nəticə nə dərəcədə sizə vacib idi?
- İş burasındadır ki, biz son matçlarda son dəqiqələrdə top buraxırıq. Nəticə vacib idi: biz qələbə qazanmaq istəyirdik. Konsentrasiyanı itirmək olmazdı. Bizə bu haqda çox deyilir, ancaq biz buna əməl etmirik. Oyunçuları tuturuq, ancaq onlardan biri boşda qalır.

- Meydan sahibləri sizə hansı çətinlikləri yaratdı?
- Hesab edirəm ki, heç bir. Biz bütünlüklə oyuna nəzarət etdik. 2-ci qolu vurmaq üçün yaxşı momentlərimiz oldu. Ancaq biz bunlardan yararlana bilmədik. Sonda isə qol buraxdıq.

- Oyundan sonra paltardəyişmə otağında hansı emosiyalar vardı?
- Onları ifadə etmək mümkün deyil. Hamı nəticədən narazı qalmışdı.