Rusiyanın himninin səslənməsini niyə Birinci kanal göstərməyib?
16.10.2013 - 15:24
 Rusiyanın himninin səslənməsini niyə Birinci kanal göstərməyib?
Dünən keçirilən Azərbaycan – Rusiya oyununu qonaqlar üçün canlı yayınlayan Birinci kanal (ORT) ilə bağlı maraqlı fakt aşkarlanıb. Apasport.az saytının məlumatına görə, sən demə, Rusiyanın dövlət himni səslənərkən telekanal həmin vaxt reklam verirmiş.

Yayına qoşularkən isə Rusiyanın himni başa çatıbmış. Bunun səbəbini Birinci kanalın idman verilişləri şöbəsinin rəisi Nikolay Malışev belə izah edib: “Onlar himni səsləndirməyə yarım dəqiqə əvvəl başladılar. Bu üzdən hər şey pozuldu”.

Qeyd edək ki, Malışev bununla bağlı təşkilatçılara etiraz etməyəcəyini də bildirib.