Mahir Şükürov: Ruslar ayağımıza “oturmuşdular” - MÜSAHİBƏ
16.10.2013 - 16:34
Millimizin Rusiya ilə oyunundan sonra Mahir Şükürov jurnalistlərin suallarını cavablandırıb. Yığmamızın və “Neftçi”nin sağ cinah müdafiəçisi olan təcrübəli futbolçu apasport.az saytının verdiyi sualı da cavabsız qoymayıb.
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Bilirdik ki, çətin oyun olacaq. Düzdür, çoxları bu matçı siyasətə çevirirdi. Biz isə çalışırdıq ki, qələbə qazanıb azarkeşlərimizi və mətbuat nümayəndələrini sevindirək. Qələbə qazana bilmədik. Ancaq buna baxmayaraq, məncə, 1:1 də pis hesab deyil. Seçmə mərhələni 9 xalla başa vurduq. Bu da Azərbaycan futbolu üçün yenilikdir.
- Azlıqda qaldıqdan sonra ruhdan düşmüşdünüz?
- Əlbəttə, 10 nəfərlə qaldıqdan sonra bizə çətin oldu. Onlar da topu özlərində saxlamağa başladı. Biz Rəşad Sadıqovla danışdıq ki, komandanı irəli çıxaraq. Çünki irəli getməsək, onlar arxada top saxlayıb vaxt udacaqdılar. O da Allaha qurban olum ki, cərimə zərbəsi oldu. Qara Qarayevdən vurmağı özüm istədim. Şükür Allaha ki, asmam yaxşı alındı və hesabı bərabərləşdirdik.
- Oyun ərzində heç Allaha yalvarırdınızmı ki, kaş ki Aleksandr Səmədov sizin yer aldığınız cinahda olaydı?
- Olurdu. Ancaq o da futbolçudur. Səmədovu da qınamaq düz deyil. O, uşaqlıqdan Rusiyada böyüyüb. Hamımızın onun üstünə düşməyimiz düz çıxmır. Rusiya millisini seçməsi Səmədovun qərarıdır və hər bir futbolçunun qərarına hörmətlə yanaşmalıyıq.
- Heç istəyirdinizmi ki, ona meydanda gün verib işıq verməyəsiniz?
- Mən ən çox Qəmbərovla eyni cinahda oynamağı istəyirdim. Dmitri Kombarovu nəzərdə tuturam (gülür). Hazırda “Spartak”da oynasa da, mən “Anji”də olan vaxt o “Dinamo”da idi. Yəni onu Rusiyada oynadığım vaxtdan tanıyırdım. Onunla üzbəüz oynadığımdan, Kombarovla eyni cinahda çıxış etməyim mənim üçün problem deyildi. 10 dəfə irəli getməkdənsə, Dmitri bir dəfə asması ilə məhsuldar ötürmə etsin...
- Vurduğumuz qoladək millimiz Rusiyadan qorxdu. Bu haqda nə deyə bilərsiniz?
- Qorxmadıq e. Rusiya da güclü komandadır. Onlar bizim oyunumuzu analiz etmişdi. Bilirdilər ki, hansı cinahlardan ən çox hücum qururuq. Ona görə də “oturmuşdular” ayağımıza və belədə oyunumuz alınmırdı. Necə deyərlər, matçda bir şans yarandı. Ondan istifadə etmədinsə, uduzursan. Biz də bu şansdan son dəqiqələrdə yararlandıq.
- Berti Foqtsun qalmasını istəyirsinizmi?
- Foqtsun qalmasını hamı istəyir. Bu gün də gördük ki, onunla 9 xal yığmışıq. Məncə, gələcəkdə komanda daha da yaxşı olacaq.
- Son 2 oyunda qəhrəmana çevrildiniz. Ötən dəfə qol vurdunuz, bu dəfə isə ötürmənizdən sonra qol vuruldu. Bu sizdə arxayınlaşma yaratmayacaq?
- Yox, mənim 30-31 yaşım var. Bu vaxta kimi məndə arxayınçılıq olmayıb. Əksinə istəmişəm ki, bir az da artırım. Səhər tezdən qurban kəsmişdim. Saat 6-nın yarısında əti paylamışdım Mirmövsüm ağa pirinə. Bəlkə də hamısı bunun köməkliyidir.
- Ötən dəfə vurduğunuz qoldan sonra topu neylədiniz?
- O artıq evdədir(gülür). Budəfəki topu isə götürmədim.
- Bütün seçmə mərhələni necə qiymətləndirirsiniz?
- Vallah, bu, tsikldə ən yaxşı göstəricimizdir. Cəmi 3 oyunda məğlub olmuşuq. Qalan oyunlarda heç-heçə etdik və qələbə qazandıq.
- Seçmə mərhələ başa çatdı. Qarşıdan isə Estoniya və Qırğızıstanla yoldaşlıq oyunları gəlir. Həmin matçlara motivasiya necə olacaq?
- Yoldaşlıq oyunu ilə seçmə görüş arasında motivasiya fərqli olur. Çünki seçmə mərhələdə xal toplayırsan. Onlara qarşı matçlara da ciddi hazırlaşacağıq. Hər şey özümüzdən asılıdır.
- Ancaq həmin yoldaşlıq oyunlarına çağırılmasanız, yəqin ki inciməyəcəksiniz. Çünki ola bilər ki, gənc futbolçular dəvət olunsun...
- Niyə inciyirik ki? Problem yoxdur.
Səbuhi TOFİQOĞLU

0
0