“O, son günlər lazımsız müsahibələr vermişdi”
16.10.2013 - 17:30
AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytına müsahibəsi
- Millimiz Rusiya ilə heç-heçə etdi. Fikirlərinizi bilmək istərdik.
- Azarkeşləri təbrik edirik. Tərəfdarlar əsl azarkeşlik etdi. Çox gözəl bir nəticədir. Komandaya “çox sağ ol” deyirik. Azərbaycan futbolu tarixində rekord – 9 xal qazandıq. Ancaq geri baxanda təəssüflənirik ki, qrupda 2-ci yer üçün də mübarizə apara bilərikmişik. Lüksemburqla hər 2 oyunda 4, Şimali İrlandiyada 2 xal itirməsəydik, indi bizim 15 xalımız vardı. Ona görə də hər matça məsuliyyətlə yanaşmaq lazımdır. Baxmayaraq ki, komanda 10 nəfərlə qaldı, ancaq futbolçularımız əzmkarlıq nümayiş etdirdi. Mətbuat bundan sonra da yığma ilə bağlı təhlil aparsa, görər ki, Azərbaycan millisi ancaq ikinci hissədə qol vurur. 5 ildən qabaq deyirdik ki, 60 dəqiqədən sonra biz qol buraxırıq. Ancaq indi deyə bilərik ki, 60 dəqiqədən sonra biz qol vururuq.
- “Bakcell Arena”da da uğurlu seriyamız davam edir...
- Bəli. Burda hələ komanda uduzmayıb. Bu da sevindirici haldır.
- Ancaq etiraf edin ki, Şimali İrlandiya ilə oyunla müqayisədə yaxşı oynamadıq. 1 qol vəziyyətimiz oldu ki, onu da 100 faiz nəticə göstərib qola çevirdik. Komandanın kapitanı Rəşad Sadıqov bunu dini bayramla əlaqələndirib Allahın bizə bir lütfü kimi qələmə verdi. Bəs siz bunu necə dəyərləndirirsiniz?
- Futbolda bəxt çox vacibdir. Təbii ki, bu gün Azərbaycanda bayram qeyd edirik. Bizim bir şansımız oldu, onu da qola çevirdik. Xarici komandalarda bu var. Berti Foqts həmişə bunu deyir: oyunda 1-2 vəziyyət olur ki, onlardan da yararlanmaq lazımdır. Bizdə belə 1 vəziyyət oldu ki, bundan da istifadə etdik.
- Vaqif Cavadovun da yenidən Rusiyaya qol vurması maraqlı bir məqamdır. Ötən dəfə də onun qolundan sonra hesab 1:1 bitmişdi...
- Məncə, Rusiyaya qarşı evdə qol vurmaq onun üçün bir ənənəyə çevrilib (gülür). Vaqif ötən oyunlarda meydana çıxmamışdı. Ancaq bu dəfə son dəqiqələrdə onun meydana çıxması uğurlu oldu.
- Aleksandr Səmədovun fitə basılması ilə bağlı fikirlərinizi də bilmək istərdik.
- Təəssüflər olsun ki, onun soyadı hər şeyi deyir. Azərbaycanlı azarkeşlər onun meydana çıxmasını normal qəbul edərdi. Ancaq o, son günlər heç kimə lazım olmayan müsahibələr vermişdi. Təbii ki, azarkeşlərində bu amil xoşuna gəlməmişdi. Bildiyiniz kimi, o demişdi ki, biz Azərbaycan yığmasına göstərəcəyik. Aqressiv müsahibələrdən sonra təbii ki, azarkeşlər onu normal qəbul etməyəcəkdi və eyni cür aqressivliklə cavab verəcəkdi. Ancaq hər şey qaydasında keçdi. Yəni stadionda heç bir problem olmadı.
- U-21 qrup liderliyi uğrunda Portuqaliya ilə qarşılaşdı. Ancaq 0:2 uduzdu...
- Portuqaliya yığması güclü komandadır. Qrupda liderdir. Amma biz də artıq qrupun favoriti sayıla bilərik. Baxmayaraq ki, 0:2 Portuqaliyaya uduzduq, ancaq bu komanda Norveçlə oyunda göstərdi ki, ilk “3-lüy”ə düşməyi bacarar.
- Qarşıdan əsas millinin Estoniya və Qırğızıstanla oyunları var. Bu yoldaşlıq görüşlərinə futbolçuları motivasiyalandırmaq mümkün olacaq? Yoxsa ora milliyə düşməyə potensial gənclər aparılacaq?
- Bilirsiniz, bu, reytinq matçlarıdır. Motivasiya komandada həmişə var. Həmin oyunlara gənc futbolçuların aparılmasını isə deyə bilmərəm. Bunu Berti Foqts bilər. Yeri gəlmişkən, mətbuata da minnətdarlığımı bildirirəm ki, gəlib millinin oyunlarını işıqlandırdılar.
Səbuhi TOFİQOĞLU

0
0