Xorvatiya millisinin yeni baş məşqçisi bəlli oldu
16.10.2013 - 19:47
Ötən gün baş məşqçi İqor Ştimatsın istefasından sonra Xorvatiya millisinə yeni çalışdırıcı təyin olunub. Apasport.az saytının məlumatına görə, bu barədə ölkənin futbol federasiyası xəbər yayıb.
Yığmanı bundan sonra sabiq futbolçusu Niko Kovaç çalışdıracaq. O, 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatında oynamaq hüququ uğrunda keçiriləcək pley-off matçlarında komandasına rəhbərlik edəcək.
Qeyd edək ki, Kovaç 1996-ci ildən 2009-ci ilədək Xorvatiya milli komandasında çıxış edib. O, 2009-cu ildə futbolçu karyerasını başa vurduqdan sonra “Zalsburq” klubunda (2011-2012) köməkçi məşqçi işləyib. 42 yaşlı mütəxəssis son olaraq ölkəsinin aşağı yaş qrupları üzrə yığma komandasını çalışdırıb.

0
0