Əl-Şaaravi: Məni saçlarıma görə mühakimə etməyin
16.10.2013 - 20:37
Əl-Şaaravi: Məni saçlarıma görə mühakimə etməyin
“Milan”ın futbolçusu Stefan Əl-Şaaravi İtaliya mətbuatına maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, son vaxtlar tez-tez tənqid olunan gənc hücumçu keçirdiyi zədələrin ona mənfi təsir etdiyini və qısa zamanda əvvəlki formasına qovuşacağını deyib.

Əl-Şaaravi zahiri görkəmi və saçlarına görə tənqid olunmasını istəmir. O, futbolçu olduğunu və saçları əvəzinə, göstərdiyi oyunun müzakirə olunmasının tərəfdarıdır: “Zahiri görkəmimin və saçlarımın oyunumla heç bir əlaqəsi yoxdur. Mənim görkəmim həmişə eynidir. Bu vəziyyətdə yaxşı oynadığın günlər də oldu, pis çıxışlarımda. Hər halda dediklərim hamıya aydındır. Məni sadəcə oyunuma görə, tənqid edə bilərlər. Zahiri görkəmim və saçlarıma görə məni mühakimə etməyin”.

Qeyd edək ki, İtaliya millisinin Misir əsilli futbolçusu cari mövsümdəki zəif çıxışına görə, baş məşqçiləri və jurnalistlər tərəfindən tez-tez tənqid olunur.