Sabiq klubu Sneyderi geri istəyir
16.10.2013 - 20:58
“Ayaks” klubu “Qalatasaray”da çıxış edən sabiq futbolçusu Uesli Sneyderi heyətinə qatmaq istəyir. Apasport.az saytının Türkiyə mətbuatına istinadən xəbərinə görə, Hollandiya təmsilçisi bu keçidi qış transfer pəncərəsində reallaşdırmaq istəyir.
Hazırda 29 yaşlı yarımmüdafiəçini komandadan göndərmək fikri olmayan İstanbul klubu isə Sneyder getmək istərsə, onu 15 milyon avroya sata biləcəkləri deyilir.
Qeyd edək ki, hollandiyalı futbolçu 2002-2007-ci illərdə “Ayaks”da çıxış edib. O, 2013-cü ilin yanvarından isə “Qalatasaray”ın şərəfini qoruyur.

0
0