Falkaodan Peresə cavab: “Monako”ya hörmətsizlik etmək istəmirəm
16.10.2013 - 21:58
Falkaodan Peresə cavab: “Monako”ya hörmətsizlik etmək istəmirəm
“Monako”nun ulduz futbolçusu Radamel Falkao karyerası ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, Fransa mətbuatına danışan təcrübəli hücumçu “Real”a transfer olacağı ilə bağlı xəbərlədi yalanlayıb.

Kolumbiyalı futbolçu klubunda xoşbəxt olduğunu deyib: “Monako”ya hörmət etməliyəm. Fransa klubunda çox xoşbəxtəm. Peresə də dediklərinə görə, sadəcə təşəkkür edə bilərəm. İndi transfer barədə danışmaq düzgün deyil. Çünki bu klubuma hörmətsizlik olar”.

Qeyd edək ki, ötən həftə Madrid klubunun prezidenti Florentino Peres Falkaonu komandasında görmək istədiyini demişdi.