“Yuventus”un hücumçusu sıradan çıxdı
17.10.2013 - 02:49
“Yuventus”un hücumçusu sıradan çıxdı
“Yuventus” klubu keçirəcəyi önəmli matçlar öncəsi ciddi itki ilə üzləşib. Apasport.az saytı İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisinin təcrübəli futbolçusu Fabio Kvalyarella zədələnib.

Omanda həkimlərinin dediklərinə görə, 29 yaşlı hücumçu təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bununla da, Kvalyarella A Seriyasını VII turundakı “Fiorentina” və Çempionlar Liqasındakı “Real”la oyunu buraxmalı olacaq.

Qeyd edək ki, “Real” – “Yuventus” qarşılaşması oktyabrın 23-də Madriddə keçiriləcək.