“Milan” ilk transferini reallaşdırdı
17.10.2013 - 04:55
“Milan” klubu “Valensiya”nın futbolçusu Adil Raminin transferini rəsmiləşdirib. Apasport.az-ın məlumatın görə, bu barədə İspaniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, italiyalılar bu keçid üçün “yarasalar”a 7 milyon avro ödəyəcək. Rami yeni komandası ilə məşqlərə çıxmaq üçün artıq ispan klubundan icazə də alıb. Hələlik yanvar ayına qədər “Milan”da sadəcə məşq edəcək 27 yaşlı müdafiəçi qış transfer pəncərəsi açılanda isə yeni klubunda etmək hüququ qazanacaq.
Qeyd edək ki, Fransa millisinin Mərakeş əsilli futbolçusu 2011-ci ildə “Lill”dən “Valensiya”ya keçib. O, mətbuata açıqlama verərkən məşqçilər korpusu və komanda yoldaşlarını tənqid etdiyi üçün əsas heyətdən kənarlaşdırılıb.

0
0