Con Toşak “Real”da olsaydı...
17.10.2013 - 08:39
“Futbolçu ondan gözlənilən oyunu sərgiləyə bilməyəndə insanlar məyus olur. “Real” nə etdiyini bilir və problemi həll etməlidirlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”nın baş məşqçisi Con Toşak deyib.
İspaniyalı həmkarlarımız uelsi mütəxəssisdən həmyerlisi Qaret Beylin Madrid “Real”ına uyğunlaşma prosesi barədə fikir öyrəniblər. Toşak bildirib ki, baş məşqçi Karlo Ançelotti ulduz futbolçudan hərtərəfli yararlanmalıdır: “Ön xətdəki problemi göz önünə alaraq, mən onu mərkəz hücumçusu mövqeyində oynadardım. Beyl həmin yerdə rahat çıxış edə bilər”.
Qeyd edək ki, Con Toşak karyerası ərzində Madrid “Real”ını da çalışdırıb.

0
0