Viktor Onopko: Azərbaycanla heç-heçə etmək lirikadır
17.10.2013 - 10:39
“Komandalardan biri üçün taleyi həlledici matçlar nadir hallarda baxımlı olur”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya yığmasının sabiq mərkəz müdafiəçisi Viktor Onopko deyib.
Rusiya millisində 109 oyun keçirməklə rekordçu olan 43 yaşlı veteran 2002-ci ildə Cənubi Koreya və Yaponiyada keçirilən dünya çempionatının iştirakçılarından biridir. Hazırda Moskva MOİK-inin məşqçisi olan Ukrayna doğumlu Onopko verdiyi müsahibədə Rusiya millisinin DÇ-dəki şanslarını dəyərləndirib.
Viktor Savelyeviç Rusiya yığmasının Bakıda parlaq oyun göstərməməsinə də toxunub: “Belə oyunlara ən yüksək qiymət vermək səhvdir. Çünki belə görüşlərdə çoxlu mübarizə, daxili gərginlik və nəticəyə görə məsuliyyət olur. Ən əsas məsələ final mərhələsinə çıxmağı rəsmiləşdirmək idi. Biz isə buna nail olduq. Qalan şeylər isə lirikadır”.
Qeyd edək ki, millimiz oktyabrın 15-də “Bakcell Arena”da baş tutan seçmə mərhələnin son görüşündə Rusiya ilə 1:1 edib.

0
0