Millimiz tarixində ən yaxşı nəticə: MDB-də 3-cü yer – STATİSTİKA
17.10.2013 - 11:09
2014-cü il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsi Azərbaycan yığması üçün uğurla başa çatıb. Apasport.az saytının məlumatına görə, komandamız tarixində ən yüksək – 4-cü yeri tutub.
Berti Foqtsun rəhbərlik etdiyi millimizin tutduğu mövqe keçmiş SSRİ təmsilçiləri arasında da ən yaxşılardandır. Postsovet məkanında yalnız 2 ölkə - Rusiya ilə Ukrayna daha yüksək yerlər tutub. Litva ilə Gürcüstan isə bizimlə birlikdə MDB məkanının 3-cü nəticəsinə şərik olub. Bu 3 ölkə öz qrupunda 5-ci olan 6 komandanı da qabaqlayıb.
Düzdür, komandamız xal sayında Avropada çıxış edən 11 postsovet yığması arasında düz ortada – 6-cı yerdədir. Lakin seçmə mərhələdə yer xaldan daha vacibdir. Buna ən parlaq nümunə Yunanıstandır. 25 xalı olan Ellada təmsilçisi pley-off oynamalıdır. Onlardan 3 xal az toplayan Rusiya və İtaliya isə artıq Braziliyaya vəsiqə qazanıb.
Xal yalnız o halda vacib sayılır ki, yerlər eyni olsun. Məsələn, Danimarkanın pley-offdan kənar qaldığı kimi. Bu zaman 6-cı yerlər nəzərə alınmır. 4-cü olan 3 postsovet məkanı təmsilçisinin xallarını müqayisə etsək, Azərbaycan 7, Litva ilə Gürcüstan hərəyə 5 xal toplamış olur. Deməli, biz keçmiş SSRİ-nin Avropa zonasında 3-cüyük. Bu elə məğlubiyyət sayında da aşkar görünür. Yalnız Rusiya və Ukrayna bizdən az uduzub.

Qrupda yer | Ölkə | O | Q | H | M | T | X (ilk “beş”likdə xal) |
1 | Rusiya | 10 | 7 | 1 | 2 | 20-5 | 22 (16) |
2 | Ukrayna | 10 | 6 | 3 | 1 | 28-4 | 21 (15) |
4 | Azərbaycan | 10 | 1 | 6 | 3 | 7-11 | 9 (7) |
4 | Gürcüstan | 8 | 1 | 2 | 5 | 3-10 | 5 (5) |
4 | Litva | 10 | 3 | 2 | 5 | 9-11 | 11 (5) |
5 | Ermənistan | 10 | 4 | 1 | 5 | 12-13 | 13 (10) |
5 | Moldova | 10 | 3 | 2 | 5 | 12-17 | 11 (5) |
5 | Latviya | 10 | 2 | 2 | 6 | 10-20 | 8 (4) |
5 | Belarus | 8 | 1 | 1 | 6 | 7-16 | 4 (4) |
5 | Estoniya | 10 | 2 | 1 | 7 | 6-20 | 7 (1) |
5 | Qazaxıstan | 10 | 1 | 2 | 7 | 6-21 | 5 (1) |
0
0