İbrahim gəldi, “Qarabağ”ın rəsmi saytı Çəlikəli “vurdu” - FOTO
17.10.2013 - 11:27
İbrahim gəldi, “Qarabağ”ın rəsmi saytı Çəlikəli “vurdu” - FOTO
“Ötən mövsüm “Mersin İdman Yurdu” Superliqanı tərk etdikdən sonra klubla yollarımı ayırdım. Yeni çağırışı mənə “Qarabağ” etdi. Bu kluba uğur qazanmaq üçün gəlmişəm”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın yeni transferi İbrahim Şehiç deyib.

“Qarabağ” sıralarını yeni futbolçu ilə gücləndirib. Ağdam klubu bosniyalı qapıçı İbrahim Şehiçlə müqavilə imzalayıb. 25 yaşlı qolkiperin son klubu “Mersin İdman Yurdu” olub. Ötən mövsümün sonunda türk klubundan ayrılan bosniyalı azad transfer kimi 2 illik müqavilə bağlayıb. Ölkəsinin millisinin də şərəfini qorumağa macal tapmış İbrahim artıq yeni komandası ilə məşqlərə də çıxıb.

Şehiç “Qarabağ”ın rəsmi saytına ilkin təəssüratlarını paylaşıb: “Heyətimizdə güclü qolkiperlər var. Bu da rəqabət üçün vacibdir. Heç kimdən çəkinmirəm. Forma üçün mübarizə aparacağam. Məşqçilər necə inadla çalışdığımı görəcək. İnanıram ki, “Qarabağ”a faydalı ola biləcəyəm. Ən böyük hədəfim isə “Qarabağ”da uğurlu çıxışımla yenidən milli formanı geyinməkdir”.

Qeyd edək ki, ilk dəfə apasport.az saytının yazdığı bu xəbəri “Qarabağ”ın direktoru Əmrah Çəlikəl təkzib etmişdi...