“Ölü adam necə mesaj yaza bilər?”
17.10.2013 - 12:10
İngiltərə millisinin sabiq üzvü Pol Qaskoyun vəfat etməsi ilə bağlı çıxan xəbərlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, spirtli içki aludəçisi olan veteran futbolçu hələ yaşamaq istədiyini söyləyib.
Qaskoyn Britaniya mətbuatına açıqlamasında bunları söyləyib: “Dostlardan, qohumlardan xeyli zəng və mesaj almışam. Yayılan xəbərdən narahat olublar. Zəng vurub soruşurlar ki, ölmüsən? Ölü adam dəstəyi necə qaldıra, necə mesaj yaza bilər? Xeyli gülmüşəm”.
Qeyd edək ki, karyerası ərzində “Nyukasl”, “Tottenhem”, “Latsio”, “Reyncers”, “Midlsbro”, “Everton” və “Bernli” kimi klubların şərəfini qoruyan Qaskoyn 1988-1998-ci illərdə İngiltərə yığmasında 57 oyun keçirib və 10 qol vurub. Narkotik maddə istifadəçisi də olan veteran futbolçu uzun müddət müalicə alsa da, pis vərdişlərdən əl çəkə bilmir. Həkimlərin diaqnozuna görə, onun elə də uzun ömrü qalmayıb.

0
0