“Azərbaycanla oyundan əvvəl istefaya hazıram”
17.10.2013 - 12:29
“Mənim Qırğızıstan Futbol Federasiyası ilə müqaviləm var. Əlbəttə ki, istənilən matça görə cavab vermək lazımdır”. Apasport.az saytının məlumatına görə, bunu Qırğızıstan millisinin baş məşqçisi Sergey Dvoryankov deyib.
Millimizin qarşıdakı yoldaşlıq oyunlarından birində rəqibi olacaq Qırğızıstan oktyabrın 15-də Bişkekdə doğma azarkeşlər önündə Tacikistan millisinə 1:4 hesabı ilə uduzub. Qollardan birini “Rəvan”ın müdafiəçisi Sahib Savankulov vurub.
Orta Asiya təmsilçisinin baş məşqçisi millimizlə oyun üçün noyabrın 13-də hazırlıqlara başlayacağını da bildirib. Rusiyalı çalışdırıcı, həmçinin rəhbərlik istəyəcəyi halda, istefaya hazır olduğunu söyləyib: “Əgər federasiya rəhbərliyi istənilən qərarı versə, mən peşəkar məşqçi kimi ona razı olacağam. Biz razılaşmışıq ki, komandanı noyabrın 13-də toplayaq. Noyabrda bizim 2 yoldaşlıq oyunumuz var. Noyabrın 15-nə hələ rəqib tapmamışıq. Noyabrın 19-da isə Azərbaycanla oynayacağıq”.
Qeyd edək ki, Bişkekdə keçiriləcək Qırğızıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

0
0