Azərbaycan yığması: yeni rekord, yeni zirvə -STATİSTİKA
17.10.2013 - 12:35
Azərbaycan yığması: yeni rekord, yeni zirvə -STATİSTİKA
Azərbaycan millisi yeni rekord vurub. Apasport.az saytının məlumatına görə, bu gün açıqlanan FİFA reytinqində 88-ci olan komandamız tarixinin ən yüksək nəticəsini göstərib. İndiyədək yığmamız heç vaxt belə yüksək mövqedə qərarlaşmamışdı.

Komanda Berti Foqtsun özü ilə əldə olunan 3 il, daha doğrusu 35 ay əvvəlki rekordu yeniləyib. 2010-cu ilin noyabrında dünyanın 90-cısı olan seçməmiz bu dəfə 2 pillə öndə qərarlaşıb.

İlk “yüz”lüyə isə komandamız 25 aydan sonra qayıdıb. 2011-ci il sentyabrında 97-ci olan millimiz o vaxtdan belə uğur əldə etmirdi. Ümumilikdə isə komandamız 18-ci dəfə ilk “yüz”lükdə yer alıb. Bunların 8-i Foqtsun vaxtına təsadüf edib.

Sentyabr 1998 - 100
Dekabr 1998 - 99
İyun 1999 - 97
İyul 1999 - 99
Sentyabr 1999 - 98
Oktyabr 1999 - 98
Noyabr 1999 - 98
Dekabr 1999 - 97
Yanvar 2000 – 97
Fevral 2000 - 98
Oktyabr 2010 - 91
Noyabr 2010 - 90
Dekabr 2010 - 98
Yanvar 2011 - 97
Fevral 2011 - 99
Mart 2011 - 100
Sentyabr 2011 – 97
Oktyabr 2014 – 88

Qeyd edək ki, Foqts milimizə baş məşqçi təyin olunandan sonra açıqlanan ilk reytinqdə - 2008-ci ilin aprelində yığmamız 137-ci idi. 6 ildə komandamız 49 pillə inkişafa nail olub.