AFFA klubları cəzalandırdı
17.10.2013 - 12:42
AFFA klubları cəzalandırdı
İntizam Komitəsi ötən turun oyunları ilə bağlı iclas keçirib. Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, Topaz Premyer Liqasının IX turunda baş verənlərlə bağlı aşağıdakı qərarlar çıxarılıb.

“Rəvan” – “Xəzər Lənkəran” matçında meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. “Qəbələ” – “Neftçi” matçının 76-cı dəqiqəsində yerli azarkeşlər tərəfindən meydançaya kənar əşya atılıb. Bunun üçün bölgə klubu 2000 manat cərimə ilə üzləşib.

AZAL-ın “Simurq”la keçirdiyi görüşdə “təyyarəçilər”in 5 futbolçusu sarı vərəqə alıb ki, buna görə də paytaxt klubuna 1000 manat cərimə sanksiyası tətbiq olunub. “Sumqayıt” – “İnter” matçının 66-cı dəqiqəsində meydan sahiblərinin hücumçusu Ruslan Qurbanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan qovulub. Buna görə milliləşdirilmiş dağıstanlı futbolçu 1 oyunluq cəzalanıb, “Sumqayıt” isə buna görə 200 manat ödəməli olacaq.