“Xəzər Lənkəran”ın məşqçisi 5 oyunluq cəzalandırıldı
17.10.2013 - 13:22
İntizam Komitəsi bu gün keçirdiyi iclasında əvəzedici komandaların iştirakı ilə keçirilən çempionatın IX, I dəstənin isə IV və V turunun oyunları ilə bağlı da qərar çıxarıb. Apasport.az saytının məlumatına görə, İK bir çox klubları intizam qaydalarını pozanlara ağır sanksiyaya məruz qoyub.
Əvəzedici heyətlərin “Rəvan” – “Xəzər Lənkəran” qonaqların məşqçisi Məhərrəm Bağırzadə 5 oyunluq cəzalandırılıb. O, 60-cı dəqiqədə hakimləri təhqir etdiyinə görə cənub klubunun 2500 manat cərimə edilməsinə səbəb olub.
Maraqlıdır ki, əsas komandalarda olduğu kimi, əvəzedicilərdə də “Qəbələ”li azarkeşlər “Neftçi” ilə matçda meydançaya kənar əşya atıb. Onların bu dəfə oyunun 77-ci dəqiqəsində etdikləri bu hərəkətə görə bölgə klubu 1000 manat cərimə ödəməli olacaq.
“Qarabağ” – “Bakı” matçının 85-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Təmkin Xəlilzadə də dilini dinc qoymayıb. O, hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb və buna görə 4 oyunluq cəzalanıb, klub isə 2000 manat cərimə olunub.
I dəstənin IV turu da qalmaqalsız keçməyib. MOİK – “Energetik” matçının 70-ci dəqiqəsində “hərbçilər”in futbolçusu Ramil Əliyev 70-ci dəqiqədə rəqibi təhqir etdiyinə görə 3 oyun cəzalanıb. Eləcə də həmin dəqiqədə Mingəçevir klubunun baş məşqçisi Sahib Qocayev rəqib futbolçunu təhqir etdiyinə 5 oyun komandasının başında olmayacaq. Futbolçuya görə MOİK 200, baş məşqçiyə görə isə “Energetik” 500 manat cərimə olunub.
“Karvan” – “Şəmkir” matçının 82-ci dəqiqəsində futbolçular - Anar Rzayevlə Fuad Əliyev biri-birini təhqir etdiklərinə görə 3 oyun meydana çıxmaq hüququndan məhrum olunub. Hər 2 bölgə klubu isə 200 manat pul ödəməlidir.
“Lokomotiv” – “Qaradağ Lökbatan” matçının 70-ci dəqiqəsində meydan sahiblərinin müqavilə ilə “Bakı”ya məxsus olan gənc futbolçusu Tural Qürbətov hakimi təhqir etdiyinə 4 oyunluq cəzalandırılıb. “Bakı”nın farmklubu isə 400 manat cərimə olunub.
I dəstənin V turunda yalnız “Şəmkir” – “Kəpəz” matçı qalmaqallı olub. Qərb derbisinin 64-cü dəqiqəsində Elmar Əhmədovla Ramil Kərimov bir-birini təhqir etdikləri üçün 3 oyunluq cəzalandırılıb. Futbolçuların hərəkətlərinə görə hər 2 klub 200 manat AFFA-nın xəzinəsinə pul ödəməyə məhkum edilib.

0
0