Millimiz FİFA reytinqində Avropa üçüncüsü oldu!
17.10.2013 - 14:08
Millimiz FİFA reytinqində Avropa üçüncüsü oldu!
Azərbaycan millisi FİFA-nın bu gün açıqlanan reytinq siyahısında ən böyük inkişafa nail olan yığmalardandır. Apasport.az saytının məlumatına görə, 107-ci pillədən 88-ci yerə qədər irəliləyən Berti Foqtsun yetirmələri Avropada ən çox tərəqqi edən 3 komandadan biridir.

Təkcə Avropa deyil, dünyada da ən çox irəliləyişə 96-cı yerə yüksələn Moldova millisi nail olub. Onlar 33 pillə inkişaf ediblər. Avropada 2-ci olan Şotlandiya 35-ci pilləyə 28 addımlıq irəliləyiş sayəsində çatıb. Qitənin yalnız bu 2 millisi Azərbaycandan çox irəliləyib.

Millimiz isə 2007-ci ilin aprelindəki inkişaf rekordunu təkrarlaya bilməyib. Həmin vaxt komandamız 123-cü yerdən 103-cü pilləyədək irəliləyib.