“Xəzər Lənkəran”ın bugünkü məşqi - FOTOSESSİYA
17.10.2013 - 14:23
Artıq 4 gündür Bakıda məskunlaşan “Xəzər Lənkəran” hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, bayram günlərində də məşqlərinə ara verməyən “ağ-yaşıllar” bu gün “Bayıl Arena”da növbəti məşqinə çıxıb.
Saat 11:00-da başlayan hazırlığa millinin toplanışlarında olan futbolçular da qatılıb ki, belə də “Xəzər Lənkəran” son günlərdən fərqli olaraq bu dəfə tam heyətlə məşqini keçirib. Saat yarım davam edən məşqdə futbolçular taktiki planda müxtəlif təmrinləri yerinə yetirib və məşq ikitərəfli oyunla yekunlaşıb. Hazırda komandada zədəli futbolçunun yoxluğu məşqçilər korpusunu sevindirən ən vacib məqamdır.
Qeyd edək ki, Topaz Premyer Liqasının X turunun “Simurq” - “Xəzər Lənkəran” görüşü Zaqatala şəhər stadionu təmirə bağlandığından paytaxtda, 19 oktyabr saat 17:00-da “Bayıl Arena”da keçiriləcək.
Bu gün məşqdən çəkilən fotoları təqdim edirik:

0
0