Ramazanov “lipa” imiş...
17.10.2013 - 14:58
Ramazanov “lipa” imiş...
AFFA-nın İntizam Komitəsi Azərbaycan futbolundakı növbəti fırıldağın üstünü açıb. Apasport.az saytının məlumatına görə, U-14 Liqasında baş tutan ŞKGB – “Davidoba Bələdiyyəsi” matçı ilə bağlı araşdırma aparan komitə qanunsuzluğun olduğunu müəyyənləşdirib.

Belə ki, ŞKGB klubunun heyətində protokolda adı göstərilməyən futbolçu - Ramazan Ramazanov iştirak edib. Bunu aşkarlayan komitə kluba 0:3 hesablı texniki məğlubiyyət verib.

Qeyd edək ki, son illərdə uşaq futboluna daha çox diqqət ayıran İntizam Komitəsi dəfələrlə adı protokolda göstərilməyən futbolçuları, yaşını azaldanları və bu işdə əli olan məşqçiləri cəzalandırıb.