“Qəbələ” ilk oyunda böyük hesabla uduzdu
17.10.2013 - 15:21
“Qəbələ” ilk oyunda böyük hesabla uduzdu
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Young Talents” turniri start götürüb. Apasport.az saytının məlumatına görə, bu turnirin iştirakçılarından olan “Qəbələ”nin 12 yaşadək futbolçulardan ibarət komandası artıq yer aldığı C qrupunda ilk oyununu keçirib.

Rəqib təşkilatçıların “Young Talents Team” komandası olub. Ancaq təmsilçimiz ilk oyununda böyük hesabla rəqibinə yenilib – 0:5.

Qeyd edək ki, “Qəbələ” bu gün Bakı vaxtı ilə saat 17:40-da ikinci matçına çıxacaq. Rəqib isə ilk oyunda Kirov “Dinamo”su ilə 1:1 oynayan “Rubin” olacaq.